Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.
"Report" xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilən 7-ci toplantısında qərar verilib.