Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin toplantısının sonunda kommünike qəbul edilib.
"Report" xəbər verir ki, bu, TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilən 7-ci toplantısı çərçivəsində baş tutub.