"Report"un Balkan bürosu fəaliyyətə başlayıb

"Report" İnformasiya Agentliyinin Balkan (Balkan ölkələri üzrə) bürosu fəaliyyətə başlayıb.

Büro Serbiyanın paytaxtı Belqradda yerləşir. Yeni büroda "Report" agentliyinin xüsusi müxbiri Sayad Həsənli çalışacaq.

Bu "Report"un 9-cu xarici bürosudur.

Xatırladaq ki, "Report"un ABŞ-də, Fransada, Belçikada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.

"Report" İnformasiya Agentliyi 2014-cü ildən fəaliyyət göstərir. Agentlik "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxildir.

Digər xəbərlər