Tramp özü haqqında kitab yazacağını vəd verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp jurnalist Bob Vudvordun "Qorxu: Tramp Ağ Evdə" kitabını tənqid edib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün "Twitter"dəki səhifəsində yazıb.

Birləşmiş Ştatların dövlət başçısı bildirib ki, o, özü barəsində kitab yazacaq. Trampın sözlərinə görə, Vudvordun kitabı ona qarşı daha bir hücumdur.

Müəllif kitabda adı çəkilməyən mənbələrə istinad edir, hansı ki, onların sözlərini təkzib edir. Dövlət başçısı vurğulayıb ki, kitabdakı sitatların bir çoxu uydurmadır.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00