Səudiyyə Ərəbistanında robota vətəndaşlıq verilib

Bakı. 27 oktyabr. REPORT.AZ / İnsanabənzər robot Sofiya Səudiyyə Ərəbistanının vətəndaşlığını alıb. 

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, robota vətəndaşlıq dünyada ilk dəfə verilib.

"Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edirəm. Mən dünyada ilk vətəndaşlıq alan robotam", - Sofiya Ər-Riyadda keçirilən "Future Investment Initiative" iqtisadi konfransında deyib.

Robot Sofiya 60-dan çox emosiyaları təsvir etməyi bacarır. Onun gözlərində quraşdırılmış xüsusi kameralar həmsöhbətlə vizual kontaktın qurulması üçün nəzərdə tutulub.

Xatırladaq ki, oktyabrın 12-də Sofiya Nyu-Yorkda BMT-nin mənzil-qərargahında müzakirələrdə iştirak edib.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00