Səudiyyə Ərəbistanında ilk dəfə robot dövlət qulluğuna qəbul olunub

Bakı. 24 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında ilk dəfə robot dövlət qulluğuna qəbul olunub.

“Report” “Al Sabq” nəşrinə istinadən xəbər verir ki, yerli mühəndislər tərəfindən yığılaraq proqramlaşdırılan və “Tekhnik” adı verilən robot işçiyə vəsiqəsini şəxsən təhsil naziri Əhməd bin Məhəmməd əl-İsa verib. 

Yeni əməkdaş Təhsil Nazirliyi nəzdində Baş Texniki və Peşə Təhsili Departamentində təlimatçı vəzifəsinə qəbul olunub.

Yaxın vaxtlarda ölkədə robot texnikası və kibernetikanın inkişafına həsr olunan pavilyonun da qurulacağı Mədəni Miras Festivalında vəzifəsini icra edəcək android ziyatətçilərə festival və ölkə barədə məlumatlar verəcək.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00