Selfi çəkmək istəyərkən fontanı dağıtdı - VİDEO

Ukraynada selfi çəkmək üçün azyaşlı bacısı ilə birgə fontanın üstünə çıxan 20 yaşlı qız fontanın dağılmasına səbəb olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Kiyev vilayətinin Boyarka şəhərində qeydə alınıb.

Məlumata görə, dəymiş zərər 37 000 qrivna (2 335 manat) təşkil edib.

Xuliqanlıq faktı üzrə cinayət işi açılıb. 

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00