Polşada ölkə tarixində rekord çəkiyə malik naqqa balığı tutulub

Bakı.21 oktyabr. REPORT.AZ/ Polşanın Tıxı şəhərinin sakini Şimon Novoveyskiy rekordölçüdə naqqa balığı tutub.

Bubarədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bildirilirki, nadir ölçüyə malik su heyvanının çəkisi 100 kiloqramdan çoxdur. Balıq 260santimetr uzunluğa malikdir.

Balıqçıbildirib ki, o, qeyri-adi ölçüyə malik heyvanı sudan çıxarmaq üçün peşəkarbalıqçı avadanlığının köməyindən istifadə edib. Bu, Polşa tarixində tutulmuş ənböyük naqqadır.

İribalıq ölkənin cənubunda, Rıbnitski körfəzində tapılıb.

Qeydedək ki, bir neçə il əvvəl Şimali İtaliyada da Dino və Dario Ferrari adlı ikiqardaş uzunluğu 2,7 metr və çəkisi 127 kq olan naqqa balığı tutmağa müvəffəqolublar. Həmin balığın təqribən 30 yaşı vardı.

Digər xəbərlər