Peruda ikibaşlı buzov doğulub

Bakı. 30 dekabr. REPORT.AZ/ Perunun kəndlərindən birinin sakinləri ikibaşlı buzovun doğulmasından heyrətləniblər.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, qeyri-adi hadisə ölkənin şimal-qərbindəki Truxilo əyalətinin El-Porvenir şəhəri yaxınlığında baş verib.

Qeyri-adi heyvan doğuluşundan az sonra ölüb. Yerli sakinlər hesab edirlər ki, heyvan lənətlənib. Bəzilərinin qənaətincə ki, bu, dünyanın sonu və ya dəhşətli fəlakətin əlamətidir.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00