"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Estoniyanın paytaxtı Tallin şəhərinə çirkli yağış yağıb.

"Report"un Estoniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Ofeliya" qasırğası ölkəyə Portuqaliyada baş vermiş yanğınlardan sonra yaranmış tüstü və hisi, Saxara səhrasından isə toz dumanını gətirib. Bu səbəbdən ölkə ərazisində çirkli yağış müşahidə olunub.

Sinoptiklərin sözlərinə görə, baş verənlər müvəqqəti haldır.

Hazırda havanın kimyəvi tərkibi haqda məlumat yoxdur.

Qeyd edək ki, Portuqaliyada meşə yanğınları nəticəsində 27 nəfər həlak olub, 51 nəfər xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır. 

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00
Əfqanıstanda internet qadağan edilib 18 sentyabr, 2025 / 03:39