Nyu-Cersidə 521 milyon dollarlıq lotereya bileti satılıb

Bakı. 1 aprel. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatında 521 milyon dollarlıq lotereya bileti satılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb. 

Bildirilir ki, "Mega Millions"un lotereyası ötən cümə günü, Morris dairəsində, Riverdeyldə, "Lukoil"un yanacaqdoldurma məntəqəsində satılıb. Bu yaşayış məntəqəsi Nyu-Yorkdan 48 kilometr məsafədə yerləşir.

Lotereyanın nömrələri 11, 28, 31, 46, 59-dur. Onun qalibi hələ elan edilməyib.

Bu, ABŞ tarixində 10-cu irimiqyaslı cekpotdur. Yanvarda Florida sakini "Mega Millions"da 451 milyon dollar udub. 

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00