Moskva metrosunda sərnişinlərdən bel çantalarını əldə tutmaları xahiş olunur

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyada Moskva metrosunun sərnişinlərindən bel çantalarını əllərində daşımaları xahiş olunur.

"Report" NSN-ə istinadən xəbər verir ki, metropoliten rəhbərliyi bunu çantaların beldə olarkən digər sərnişinlər üçün narahatlıq yaratması ilə izah edib.

Elementar davranış qaydalarına riayət etməklə bağlı çağırışların artıq metroda səsləndirilməsinə başlanıb.

Digər xəbərlər