Məşhur “Biq Mak” sendviçinin yaradıcısı vəfat edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Məşhur “Biq Mak” sendviçinin yaradıcısı Cim Delliqati 98 yaşında ABŞ-da vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “McDonald’s” restoranlar şəbəkəsinin mətbuat katibi Kerri Ford bildirib.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, C.Delliqati 1967-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “McDonald’s”ın yerli obyektinin direktoru olarkən, hamburgerin standart ölçülərini dəyişdirməyi təkilf edib.

Məlumata görə, “MakMaffin” adlı yumurtalı yemək də onun kəşfidir. 

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00