“McDonald's” İsveçdə bərbərxana açdı

“McDonald's”ın İsveç bölməsi Stokholm şəhərində ilk dəfə olaraq bərbərxana açıb.

Bu barədə “Report” “Fox News”a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, bərbərxanada müştərilərin saçlarını “McDonald's”ın loqotipini xatırladan forma üzrə kəsirlər. Söhbət ötən əsrin 90-cı illərinin saç düzümündən gedir, həmin vaxtlar futbolçu Devid Bekhem və aktyor Leonardo Di Kaprio da saçlarını bu formada kəsirdilər.

“McDonald's” bərbərxanasında bu saç düzümü “Golden M” adını alıb.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00
Əfqanıstanda internet qadağan edilib 18 sentyabr, 2025 / 03:39