Mask “Twitter”in qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib

Amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin qurucusu, bu yaxınlarda “Twitter”in direktorlar şurasına daxil olan İlon Mask şirkətin gələcəyi ilə bağlı yeni təkliflə çıxış edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, o, şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.

Səs verən 1,8 milyon istifadəçinin 91%-dən çoxu Maskın ideyasını dəstəkləyib, 8,6%-i isə əleyhinə çıxıb.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00
Əfqanıstanda internet qadağan edilib 18 sentyabr, 2025 / 03:39