Çinin Milli Kosmik İdarəsi Marsdan üç yeni şəkil yayıb.
Bu barədə “Report” CGTN telekanalına istinadən xəbər verir.
Kadrlar ölkənin "Qırmızı planet"dəki ilk zondu "Tyanven-1" zondu tərəfindən çəkilib.
Daha əvvəl bildirilirdi ki, "Tyanven-1" zondu Marsın dayaq orbitinə çıxıb.
"Tyanven-1" ötən ilin 23 iyulunda “Vençan” kosmodromundan "Çançjen-5" raket daşıyıcısının köməyi ilə buraxılıb. Missiyanın məqsədi Marsda həyat əlamətlərinin və ondan insan üçün istifadə imkanlarının axtarışıdır.