Maltanın ən turistik yerlərindən biri uçub

Bakı. 9 mart. REPORT.AZ/ Maltada turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biri uçub.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, Qoso adasında yerləşən və təbiət abidəsi statusu alan Azur tağı (Dveyr pəncərəsi) qasırğa nəticəsində uçub.

Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən tağ "Qraf Monte Kristo", "Titanların savaşı" ,"Taxt- tac oyunları" kimi məşhur filmlərdə yer alıb.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00