Linkolnun qana bulaşmış əlcəkləri hərracda 1,5 milyon dollara satılıb

ABŞ-nin XXI prezidenti Abraham Linkolnun öldürüldüyü gün teatra geydiyi ağ dəri əlcəkləri hərracda 1,5 milyon dollara satılıb.

“Report”un xəbərinə görə, bu barədə “Friman's-Hindman” hərrac evi məlumat yayıb.

Qeyd olunub ki, o, bu əlcəkləri 1865-ci il aprelin 14-də ona sui-qəsd edilən Ford Teatrına geyinib.

Linkolnun ölümündən sonra onun cəsədi yarılma üçün Ağ Evə aparılıb və cibində əlcək olan palto ailəsinə verilib.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00
Əfqanıstanda internet qadağan edilib 18 sentyabr, 2025 / 03:39