"Kalaşnikov" NATO standartlı yeni avtomatını hazırlayıb

Bakı. 21 avqust. REPORT.AZ/ "Kalaşnikov" Konserni yeni avtomat istehsal edəcək.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, 7,62 kalibrli yeni "AK-308" sınaq üçün hazırlanır.

Bildirilir ki, "АК-103"ün bazasında düzəldilən yeni avtomatın darağı 20 patron tutacaq. Silahın uzunluğu 880-940 mm, çəkisi daraqsız 4,3 kq-dır.

Bu silahın "Ordu 2018" forumunda nümayişi gözlənilir. 

Digər xəbərlər