DÇ-2018: Fransa yığmasının qapıçısının ağzına çəyirtkə girib

Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyada keçirilən dünya çempionatının 1/4 final mərhələsində baş tutan Uruqvay-Fransa matçında maraqlı hadisə baş verib. 

"Report"un məlumatına görə, oyun zamanı Fransa yığmasının qapıçısı Uqo Lyorisin ağzına çəyirtkə girib. 32 yaşlı qolkiper həşəratı ağzından yerə atıb. 

Qeyd edək ki, Uruqvay-Fransa matçında ilk hissə oynanılır və hesab açılmayıb. 

Digər xəbərlər