Cənubi Afrikada güclü qar yağıb - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasında güclü qar yağıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Afrika qitəsinin tipik sakinlərinin - zürafələrin, antilopların, kərgədanların və fillərin qarla örtülü savannada gəzişdiyi anların şəkilləri yayılır.

Qar örtüyü bəzi yerlərdə 10 santimetrə çatıb.

Əlverişsiz hava ilə əlaqədar Şərqi Keyp əyalətinin avtomobil yollarında hərəkət müvəqqəti dayandırılıb.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00