Bred Pitt “Oskar” mükafatı aldı - VİDEO

Məşhur aktyor Bred Pitt “Oskar” mükafatı alıb.

Bu barədə “Report” ABC telekanalına istinadən xəbər verir.

Aktyor mükafata “Bir dəfə Hollivudda” filmindəki ikinci roluna görə layiq görülüb.

Los-Ancelesdə keçirilən mərasimdə ikinci rola görə mükafata layiq görülənlər arasında həmçinin Tom Henks ("Qonşuluq üzrə çox gözəl gün"), Al Paçino ("İrlandiyalı"), Co Peşi (" İrlandiyalı") və Entoni Xopkins ("İki ata") də var.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00