"Amazon"-un təsisçisi dünya tarixinə ən varlı adam kimi düşüb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Amazon" şirkətinin təsisçisi Ceff Bezos dünya tarixində ən varlı adam olub.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" "CNN"-ə istinadən məlumat yayıb.

Bu ilin 8 yanvarında C. Bezosun varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib. Beləliklə, bu göstəriciyə görə C. Bezos "Microsoft" şirkətinin təsisiçisi Bill Geytsi geridə qoyub.

Bu zəngin adamın varidatın böyük hissəsini "Amazon"-un səhmləri təşkil edir. Satış dövründə onun varidatı 100 milyard dollara çatıb.

Qeyd edək ki, dünyanın bütün ən zəngin insanları 2017-ci ildə ümumilikdə 1 trilyon dollar məbləğində varlanıb. 

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00