Almaniyada zooparkdan qaçan 5 şir və pələng tutulub

Bakı. 1 iyun. REPORT.AZ/ Almaniyanın Lünebax qəsəbəsindəki Eifel zooparkından 5 şir və pələng, bir ayı qaçıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, yerli polis sakinləri evdən çıxmamağa çağırıb.

Onların ovlanmasına başlayıblar. Məlumata görə, bir ayı zooparkdan qaçmaq istəyərkən əməkdaşlar tərəfindən vurulub.

Bildirilib ki, ötən gecə güclü yağış yağıb. Bu isə heyvanların qaçmasını asanlaşdırıb.

Son məlumatlara görə, zooparkdan qaçan heyvanlar tutulub.  

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00