Almaniyada ikibaşlı ilan aşkarlanıb - FOTO

Bakı. 23 oktyabr. REPORT.AZ/ Almaniyada ikibaşlı ilan aşkarlanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Frankfurtdakı Vəhşi Təbiətin Öyrənilməsi Mərkəzinə nadir ikibaşlı zəhərli ilan ötürülüb.

Bildirilir ki, heyvanlar ABŞ-ın Kentukki ştatında, vəhşi təbiətin qoynunda doğulublar. İlanlar üzrə mütəxəssis Con Makqreqorun sözlərinə görə, ikibaşlı ilanlara vəhşi təbiətdə bir neçə ildən bir rast gəlinir.

O, həmçinin əlavə edib ki, mutasiya xüsusiyyətinə görə, bu heyvanların ömrü çox qısadır. Ona görə də vəhşi təbiətdə ikibaşlı ilanlara nadir hallarda rast gəlinir. 

Xatırladaq ki, bir müddət əvvəl Perunun kəndlərindən birində ikibaşlı buzov doğulub.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00