Bakı. 7 mart. REPORT.AZ/ Albert Eynşteynin nisbilik nəzəriyyəsinə həsr olunmuş məktubu "Winner`s" hərracında 103 min dollara satılıb.
"Report" xəbər verir ki, bu barədə hərrac evinin saytında bildirilib.
1928-ci ildə Berlindən göndərilən və riyaziyyatçı German Müntsə ünvanlanmış məktub nisbilik nəzəriyyəsinə həsr olunub.
Hərracın lotları sırasında Eynşteynin digər məktubları, o cümlədən fotoşəkilləri də olub. Amma ən bahalı lot Eynşteynin xoşbəxtliyin sirrini açıqladığı qeydlər olub. Qeydlər 1,5 milyon dollara satılıb.