Bakı. 11 yanvar. REPORT.AZ/ Fevralın 17-də “Yevlax-Yun” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq saat 14.00-da Yevlax şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə müəssisənin səhmlərinin nominal dəyərinin dəyişdirilməsi yolu ilə onun nizamnamə kapitalına dəyişiklik edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Yevlax-Yun” ASC 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 2 390 796 manatdır.