Azərbaycanda maliyyə sektorunda kibertəhlükəsizliyin əsas çağırışları müzakirə edilib

Azərbaycanda kriptoaktivlər, rəqəmsal valyutalar və kibertəhlükəsizlik istiqamətləri üzrə çağırışlar müzakirə olunub.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr AMB sədri Taleh Kazımovun informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ekspertlərlə ilk görüşündə aparılıb.

Bildirilib ki, görüş çərçivəsində ödəniş sistemləri, kriptoaktivlər, rəqəmsal valyutalar, kibertəhlükəsizlik və data idarə edilməsi kimi aktual istiqamətlər üzrə mövcud vəziyyət və əsas çağırışlar müzakirə olunub.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən media nümayəndələri, ekspertlər və ictimai rəyin formalaşmasında rol oynayan şəxslərlə məlumat mübadiləsinin genişləndirilməsi bütövlükdə maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə və sektor üzrə məlumatlılığın artırılmasına töhfə verir.

Digər xəbərlər