Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 62,65 %-ni kişilər, 37,35 %-ni isə qadınlar təşkil edib.