İsveçrədə dondurulan Rusiya aktivlərinin həcmi 10,2 milyard dollara çatıb.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sanksiyalar üzrə bölməsinin rəhbəri Daniel Ebiyə istinadən məlumat yayıb.
"Onun sözlərinə görə, yeni göstərici ötən ilin aprel ayı ilə müqayisədə dəyərin 15 % artdığını nümayiş etdirir. Həmin vaxt bu rəqəm 7,4 milyard İsveçrə frankı təşkil edirdi, çünki əlavə aktivlər dondurulub, saxlanılan qızılın dəyəri isə artıb", - nəşrdə bildirilib.
D.Ebi həmçinin qeyd edib ki, Rusiya Bankının dondurulmuş aktivlərinin həcmi il yarım ərzində 9 % azalaraq 6,8 milyard İsveçrə frankına düşüb, çünki onlar dəyəri enmiş valyutalarda nominasiya olunub.
SECO-da avqustun 25-də bildirilib ki, Bernin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək üçün heç bir hüquqi əsası yoxdur. Rusiya Bankının aktivləri 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra bloklanıb. Onların əsas hissəsi - Mərkəzi Bankın qiymətləndirməsinə görə, əldən çıxmış fayda da nəzərə alınmaqla təxminən 200 milyard avro - ən böyük Avropa depozitarisi olan "Euroclear"da saxlanılır.