Yaxın dörd ildə Azərbaycanda əsas kapitala investisiyaların orta illik artımı 3,3 % olacaq

2022-2025-ci illərdə əsas kapitala investisiyaların orta illik real artım tempinin 3,3 % təşkil edəcəyi, o cümlədən qeyri-neft sektorunda investisiyaların orta illik real artım tempinin 7 % ətrafında olacağı proqnozlaşdırılır.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.

Proqnoza görə 2022-ci ildə əsas kapitala cəmi investisiyalar üzrə real artım tempi 3,4 % olacaq. Belə ki, növbəti ildə əsas kapitala investisiyalar 18 mlrd 475,6 mln manat təşkil edəcək. 2023-cü ildə əsas kapitala investisiyaların məbləği real artım tempi 3 % olmaqla 19 mlrd 351,3 mln manat, 2024-cü ildə real artım tempi 3,3 % olmaqla 20 mlrd 325,5 mln manat, 2025-ci ildə isə illik real artım tempi 3,5 % olmaqla 21 mlrd 388,8 mln manat təşkil edəcək. O cümlədən, daxili investisiyaların məbləği 2022-ci ildə 13 mlrd 140,8 mln manat, 2023-cü ildə 14 mlrd 527,9 mln manat, 2024-cü ildə 15 mlrd 219,1 mln manat, 2025-ci ildə 16 mlrd 249 mln manat, xarici investisiyaların məbləği isə müvafiq olaraq 5 mlrd 334,7 mln manat, 4 mlrd 823,3 mln manat, 5 mlrd. 106,4 mln manat və 5 mlrd 139,8 mln manat olacaq.

Neft və qaz sektorunda investisiyalar 2022-ci ildə 7 mlrd 188,7 mln manat, 2023-cü ildə 7 mlrd 12 mln manat, 2024-cü ildə 6 mlrd 312,3 mln manat, 2025-ci ildə 5 mlrd 655,4 mln manat təşkil edəcək, digər sahələrdə isə 2022-ci ildə 11 mlrd 286,9 mln manat, 2023-cü ildə 12 mlrd 339,2 mln manat, 2024-cü ildə 14 mlrd 13,2 mln manat və 2025-ci ildə 15 mlrd 733,4 mln manat olacaq.

Digər xəbərlər