AMB Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası ilə təcrübə mübadiləsi apara bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AMƏA) baş katibi Jianminq Qinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" AMB-yə istinadən xəbər verir ki, görüş çərçivəsində ölkənin maliyyə sektorunun inkişaf perspektivləri və dayanaqlı maliyyə təşəbbüsləri ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı, ehtiyat və suveren fondlarının investisiya strategiyaları, Orta Dəhlizin maliyyələşdirilməsi, eləcə də yaşıl maliyyə və enerji keçidi məsələləri diqqət mərkəzində olub, AMB və AMƏA arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin təşviqi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər