"Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ili 25 min manat xalis mənfəətlə başa vurub. Halbuki qurum 2024-cü ildən 36 min manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Xalq Kapital"ın aktivləri 998 min manat olub ki, bu da illik müqayisədə 2,8 % çoxdur.
Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,3 % artaraq 31 min manata, balans kapitalı isə 2,7 % artaraq 966 min manata çatıb.
Xatırladaq ki, "Xalq Kapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % "Xalq Bank" ASC-dir.