“Xalq Bank”ın səhmdarı ləğv olunur

Bakı. 9 yanvar. REPORT.AZ/ “Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunu elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib. 

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06