Bakı. 8 mart. REPORT.AZ/ "Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondu (IMF) Venesuelada hakimiyyət dəyişdiyi halda, bu ölkəyə milyardlarla ABŞ dolları vəsait ayırmağa hazırdır".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.
O həmçinin bildirib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxilə ilə bağlı planı yoxdur, amma bu ölkənin gələcəkdə bərpası ilə bağlı plan işlənilir.