“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti plastik kartlardan tamamilə imtina ediləcəyini istisna etmir.
Bunu "Report"a müsahibəsində şirkətin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş bildirib.
“Bəzi insanlar hələ xeyli vaxt fiziki kartlardan istifadə edəcəklər, çünki onlarla ödəniş etməyə alışıblar. Amma yəqin ki, zaman keçdikcə plastik kartlardan istifadəni dayandıracağıq, çünki ödəniş üçün smartfon və digər cihazlardan istifadə etmək daha rahatdır. Yenə də deyirəm ki, ən azı bir dəfə smartfonla ödəməyə cəhd etmiş insanların fiziki karta qayıtmaq ehtimalı azdır", - deyə o qeyd edib.
Kristina Doroşla müsahibəni buradan oxuya bilərsiniz.