Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar azalıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 970,247 mln. manat vəsait daxil olub. Bu barədə "Report"a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır.

Məlumata görə, bunun nəticəsində müvafiq 10 aylıq proqnoz tapşırığına 100,1% əməl edilib.

Hesabat dövründə vergi orqanlarında 65 367 vergi ödəyicisi qeydiyyata alınıb.

Digər xəbərlər

Aqrar Sığorta Fondu auditor seçib 08 dekabr, 2025 / 17:40