Naxçıvana dotasiya 6 %-dən çox azaldılır

2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.

"Report" bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,4 % azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 3,6 %-ni təşkil edəcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyalar bölgənin sosial və infrastruktur tələblərini qarşılamaq məqsədi daşıyır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Digər xəbərlər