Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki müəssisələr üzrə 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının kənar auditi xidməti üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 600 manat təşkil edir.
İddiaçılar təkliflərini oktyabrın 2-nə qədər TƏBİB-in yerləşdiyi Bakı şəhəri, N.Nərimanov, 206A (“Capital Towers” Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər.
Təkliflərə həmin gün, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.