Taleh Kazımov: “2 şirkət kapital bazarı ilə maraqlanıb”

“Son bir neçə ayda Azərbaycanda investisiya şirkəti kimi fəaliyyət göstərmək istəyən 2 şirkət olub, kapital bazarı ilə maraqlanıb”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

“Onlarla görüş keçirilib, planları ilə bağlı müəyyən müzakirələr olub, amma lisenziya üçün konkret müraciət halı olmayıb”, - deyə o, qeyd edib.

Digər xəbərlər