İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 31-i, saat 12:00-a qədər fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 1-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.