İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) informasiya texnologiyaları infrastrukturunun kənar auditi üçün təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 18-i, saat 15:00-a qədər SİF-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 21-i, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.