Sahibkarlığın İnkişafı Fondu auditor seçir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 31-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 10-u, saat 17:00-a qədər SİF-in Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 11-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06