Qarabağ Dirçəliş Fondu sığortaçı seçir

Qarabağ Dirçəliş Fondu işçilərinin könüllü tibbi, nəqliyyat vasitələrinin isə KASKO sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 6-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər