DSMF 10 ayda sosial şəbəkələrdə 15 mindən çox vətəndaş müraciətini cavablandırıb

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 15 547 vətəndaş müraciəti cavablandırılıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 6 002-si ünvanlı dövlət sosial yardımı, 2 928-i pensiya təyinatı, 3 863-ü sosial müavinət və təqaüd üzrə olub.

Eyni zamanda müraciətlərdən 296-sı sosial sığorta və fərdi uçot, 2 458-i isə digər istiqamətlər üzrə olub.

Digər xəbərlər