"Kristal Bakı" ASC 2025-ci ili 8,249 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 3,278 milyon manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Kristal Bakı"nın vergiyəqədərki mənfəəti 10,295 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 2,046 milyon manat (2,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kristal Bakı"nın aktivləri 719,653 milyon manat olub ki, bu da illik müqayisədə 7,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,3 % artaraq 759,813 milyon manata, balans kapitalının çatışmazlığı isə 23,9 % artaraq 40,16 milyon manata çatıb.
Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, yaşayış binalarının inşası və satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, qalan hissəsi isə - hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.