Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini mayın 14-nə qədər bağın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Badamdar şossesi, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 14-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Beynəlxalq Audit Mərkəzi" MMC olub. Şirkətə 2,9 min manat ödənilib.