Azərbaycanın maliyyə sektorunda rəhbər şəxslərin müsahibəsinin keçirilməsi qaydası təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nı təsdiq edilib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərar əsasən, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi proseduru, həmçinin müsahibənin keçirilməsi zamanı namizədlərin AMB-yə təqdim etməli olduğu sənədlər müəyyənləşib. Nəzarət subyektlərinin fəaliyyəti dövründə namizəd haqqında təqdim edilən sənədlərə 30 gün ərzində baxılacaq.

Namizədlərin yararlılığını təyin etmək üçün AMB-nin səlahiyyətli şəxsinin qərarı ilə Müsahibə Komissiyası yaradılacaq. Komissiya AMB-nin əməkdaşları sırasından sədr və üzvlər daxil olmaqla 7 nəfərdən az olmayan tərkibdə təşkil ediləcək. Müsahibə komissiyası iclaslarında azı 5 nəfər üzv iştirak etdikdə səlahiyyətli sayılacaq.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Digər xəbərlər