"Kredit Evi"nin səhmdarlarından biri payını bağışlayıb

"Kredit Evi" ASC-nin səhmlərinin 50 %-nə nəzarət edən Kazım Hüseynov payını bağışlayıb.

"Report" xəbər verir ki, o payını Dürrə Hüseynovaya verib.

Şirkətin səhmlərinin qalan 50 %-i əvvəlki kimi Səbuhi Əzizova məxsusdur.

Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 404 min manatdır. S.Əzizov həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının səhmlərinin 50 %-nə nəzarət edir.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23