"Kapital Bank" ASC daxil olduğu "PAŞA Holdinq" MMC-nin digər şirkəti "PASHA Technology” MMC-dən pay alıb.
"Report" bu barədə Bankın ötən il üzrə idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, "Kapital Bank" "PASHA Technology”nin təsis paylarının 9,85%-nə nəzarət edir. 2018-ci ildə yaradılmış bu şirkətin nizamnamə kapitalı 22,752 milyon manatdır. Bank bu məbləğin 2,241 milyon manatını təmin edib.